Cəmiyyət

Vətən müharibəsi iştirakçısına vəzifə verildi

25 Fevral 2021 16:11
Baxış: 1 506
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanının icrası çərçivəsində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə Səbail Rayon İcra Hakimiyyətində təyinat olub. 

Milli.Az APA-ya istinadən bildirir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının əmri ilə qeyd olunan şöbənin müdiri vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş Orxan Xəqani oğlu Aydınov təyin edilib.

Qeyd edirik ki, Orxan Aydınov 2016-cı ildən Səbail RİH BA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.