Cəmiyyət

Gəncədə qarı təmizləyirlər - FOTO

25 Fevral 2021 15:14
Baxış: 1 160
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gəncədə fevralın 24-dən yağan qar yollardan təmizlənməsinə başlanılıb.

Gəncə Şəhər İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata gförə, şəhərin MKTİB-nin canlı qüvvə və texnikaları dünən axşam saatlarından başlayaraq, yollara qum-duz qarışığı səpir, səkilər və piyada keçidləri qardan təmizlənir.

MKTİB-nin rəis müavini Elşad Əsgərov Trend-ə bildirib ki, yağan qar ciddi fəsadlar törədməyib O, qeyd edib ki, şəhərin əsas küçə və prospektlərində, habelə Gəncəçay üzərində olan 5 körpüdəki avtomobil yollarına 30 tona yaxın qum-duz qarışığı səpilib.

Bununla yanaşı yerüstü piyada keçidləri qardan təmizlənir. Yol kənarına toplanan qar, ərazidən daşınır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.