Cəmiyyət

FHN yollarda xilasetmə əməliyyatları həyata keçirir - VİDEO

24 Fevral 2021 19:24
Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verildiyi kimi, dünən axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

FHN-dən Milli.Az-a bildirilib ki, əlverişsiz hava şəraiti səbəbindən köməksiz vəziyyətdə qalma, o cümlədən yolların buz bağlaması ilə əlaqədar baş verən avtonəqliyyat hadisələri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin qüvvələri tərəfindən müvafiq xilasetmə əməliyyatları həyata keçirilir.

Bir daha vətəndaşlara müraciət edərək piyada hərəkət edərkən və ya sükan arxasında ehtiyatlı olmağa, hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə çağırırıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.