Kiyevdə “Maydan fəalı” piyadanı yumruqla öldürən taksi sürücüsü Abdulla
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ukraynanın paytaxtı Kiyevdə ötən gün Azərbaycan vətəndaşının törətdiyi səs-küylü cinayətin bəzi təfərrüatları məlum olub.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, şəhərin mərkəzi küçələrindən birində yolu keçən piyadanı yumruqla vurub öldürən "Hyundai Sonata" sürücüsü heç də imkanlı və harınlamış biri deyil, adi taksi sürücüsüdür, "xalturşikdir". Üstəlik maşın da qaynanasına məxusdur.
Xatırladaq ki, internetdə yayılmış görüntülərə əsasən ağ rəngli "Hyundai Sonata" avtomobilinin sürücüsü yolu keçərkən ona irad bildirən orta yaşlı piyadanı-Kiyev sakinini bir neçə yumruq zərbəsi ilə yerə sərir. Piyada yerə yıxılır və hərəkətsiz qalır, təcili yardım briqadası hadisə yerinə gələnə qədər keçinir. Sürücü hadisə yerindən qaçsa da tezliklə əməliyyatçılar onu yaxalayıblar, məlum olub ki, hadisəni törədən şəxs 1991-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Hərçənd onun adı açıqlanmırdı.

Strana.ua Kiyevdəki azərbaycanlı diasporundakı mənbələrdən dəqiqləşdirib ki, həmin sürücünün adı Abdulladır. Özünü bu cür çılğın aparsa da əslində nüfuzlu adam və ya major deyil, adi taksi sürücüsüdür.
Hadisədən əvvəl o, sərnişini şəhərin mərkəzi hissəsinə aparıb. Münaqişə isə yolu keçən piyadanın Abdullanı söyməsindən sonra başlayıb. Belə ki, Kiyev sakini piyada keçidində ona yol vermədiyi üçün sürücüyə irad bildirib və onun anasını söyüb. "Nəzərə alanda ki, qafqazlılarda ana söyüşü qəbul edilmir, taksi sürücüsü özündən çıxıb, özünə nəzarəti itirib və onu təhqir edən piyadanı bir neçə dəfə vurub. Təbii ki, sürücü piyadanın bu zərbələrdən öləcəyini gözləmirdi",-mənbə deyib.
Abdulla arvadı və qaynanası ilə birlikdə Kiyevin "Lesnoy massiv" kvartalında yaşayır. Onun idarə etdiyi avtomobil də qaynanasının adınadır. Bu gün o, məhkəmə qarşısına çıxarılacaq və barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir. Barəsində qəsdən ağır xəsarət yetirmə, ölümə səbəb olmaqla maddəsi ilə cinayət işi qaldırılıb, Abdullanı bu ittiham üzrə 10 ilə qədər həbs gözləyir.
Ölən şəxsin adı isə Vladislavdır, tanışlarının dediyinə görə, Peçerskdə yaşayırdı. 201-2014-cü illər Meydan hərəkatının fəallarındandır, hadisə günü həmin hərəkatdan olan yoldaşları ilə içib, ölənlərin xatirəsini yad edib. Yaxınlarından ancaq boşandığı keçmiş arvadı var...
Son məlumata görə bu gün axşam saatlarında Kiyev məhkəməsi Abdullanın barəsində həbs qətimkan tədbiri seçib. Məhkəmədə ifadə verən azərbaycanlı sürücü deyib ki, piyada keçidinin qarşısında kəskin tormozlayıb, bu vaxt yolu keçən şəxs dönüb və onu söyməyə başlayıb. "Mən də düşüb onu vurdum və çıxıb getdim. Adamın yerindəcə öldüyünü sonradan, polislər məni saxlayanda bildim",-o deyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
XƏBƏR LENTİ
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - (Video)
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək





