Cəmiyyət

Misir Mərdənov: “Heç nədən qorxmaq lazım deyil”

15 Fevral 2021 11:04
Baxış: 1 921
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Özümü kifayət qədər yaxşı hiss edirəm, hər şey normaldır. Doğrudur, bəzi hallarda koronavirus əleyhinə peyvənd olunmaqdan ehtiyat edirlər, amma qorxulu heç nə yoxdur.

Milli.Az bildirir ki, bu sözləri pravda.az-a açıqlamasında Azərbaycanın keçmiş təhsil naziri Misir Mərdanov deyib.

M.Mərdanov tövsiyə edir ki, ümumiyyətlə, vaksinasiya ilə bağlı heç nədən qorxmaq lazım deyil: "Peyvənd olunduqdan sonra, sadəcə, ümumi qaydalara əməl etmək kifayətdir. Vaksindən sonra özümü tamamilə rahat hiss edirəm, sağlığımda hansısa mənfi dəyişiklik olmayıb".

"Həkim göstəriş verib ki, martın 13-də ikinci dəfə vaksinasiyadan keçmək üçün yenidən müraciət etməliyəm və təbii ki o müddətə qədər karantin qaydalarına əməl etmək vacibdir: sosial məsafə saxlamaq, tibbi maskadan istifadə etmək və s. Bir şeyi də qeyd edim ki, mən hələki koronavirusa yoluxmamışam", - eks-nazir qeyd edib.

Qeyd edək ki, fevralın 13-də Azərbaycanın keçmiş təhsil naziri Misir Mərdanov koronavirus əleyhinə peyvənd olunub. Sabiq nazirə COVID-19-a qarşı vaksin Abşeron rayon Mərkəzi xəstəxanasında vurulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.