“Göstərir Bakı” ilə başlayan gündən 65 il ötür...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şərqdə ilk televiziya 1956-cı ildə məhz ölkəmizdə fəaliyyətə başlayıb. Ötən 65 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayım vericiləri istismara verilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, 1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və nadir konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır.
"Diqqət-diqqət, göstərir Bakı" - 1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib.
Efirdə ərsəyə gələn hər bir verilişdə, hər bir videosüjetdə böyük yaradıcı kollektivin əməyi var. Hazırda Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret və səyahət verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir. Televiziyanın analitik proqramları da kifayət qədərdir.
Peşəkarların yetişməsi üçün isə Azərbaycan Teleradiosunun imkanları genişdir: studiyalar, çəkiliş pavilyonları, zəngin maddi-texniki baza, ən müasir texniki imkanlara malik avadanlıqla təchiz olunan montaj otaqları. Dövlətimizin başçısının birbaşa diqqəti və qayğısı ilə həyata keçirilən islahatların məqsədi isə Azərbaycan Teleradiosunun nüfuzunu daha da artırmaq, tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim etməkdir.
Azərbaycan Televiziyasındakı dəyişikliklər, həm də verilişlərin məzmun və formatında özünü büruzə verir, yaradıcılıq imkanlarını artırır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin istər ölkə daxilində, istərsə də xaricdə operativ şəkildə işıqlandırılmasında televiziyamızın müstəsna xidmətləri var.
2009-cu il fevralın 1-dən efirə çıxan "İdman Azərbaycan" kanalı isə idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan telekanalın fəaliyyəti dövlətimizin idmana, gənclərin sağlam ruhda böyüməsinə verdiyi önəmin təsdiqinə çevrilib.
2011-ci ildə isə Azərbaycan Televiziyasının nəzdində ziyalıların və sənətçilərin çoxdankı arzusu olan "Mədəniyyət" kanalı ilk dəfə tamaşaçıların görüşünə gəlib. İndi "Mədəniyyət" kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır.
Bu gün Azərbaycan Teleradiosunun nəzdində, həmçinin ölkənin ən nüfuzlu musiqi kollektivləri fəaliyyət göstərir. Azərbaycan Radiosunun da maddi-texniki bazası modernləşdirilib, radio verilişlərinin ideya-bədii məzmunu keyfiyyətcə yenilənib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
XƏBƏR LENTİ
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir





