Cəmiyyət

95 min pensiya, müavinət və təqaüd təyinatı elektron qaydada aparılıb

10 Fevral 2021 16:26
Baxış: 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda qurulan elektron təyinat sistemləri vasitəsilə 2020-ci ildə e-qaydada 95 min pensiya, müavinət, təqaüd təyinatı aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, onlardan 11 mini pensiya, 84 mini müavinət və təqaüd təyinatları olub.

Beləliklə, bu sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə onlara həmin sosial ödənişlər təyin edilib.

Xüsusilə postmüharibə dövründə şəhid ailələrinə sosial ödənişlərin (təqaüd, pensiya və ya müavinətin) təyinatı prosesinin operativ icrasında bu e-sistemlər xüsusi önəm kəsb edib. Həmin ailələrin müraciətinə ehtiyac qalmadan müvafiq ödənişlərin avtomatlaşdırılmış mexanizm üzərindən proaktiv təyinatı aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.