Gör hansı əclaflarla işləyirəm - Yunus Oğuz yazır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
YUNUS OĞUZ
Pritça
Bir kişi Həccə getməyə hazırlaşır. Ağlınıza indiki Həcc ziyarəti getməsin. İndi nə var ki, oturdun avtobusa, təyyarəyə, tıpp, bir necə gündən, yaxud saatdan sonra ordasan. O zamanlar ziyarətə getmək məşəqqət idi. Bir il əvvəlcədən hazırlıq görülür-at, dəvə, eşşəklə, bəzən də pay-piyada üç-dörd ay yol qət edirdin.
Əlqərəz, hazırlıq öz yerində, bu kişi hər dəfə evdə çörək yeyəndə, bir qismət kəsəndə divarın deşiyindən bir siçan qorxu-hürkü bilmədən gəlib süfrənin qırağında oturur, yeməyin qırıntılarını yeyirdi. Neçə gün idi belə davam edirdi. Qovurdun da getmirdi, doyduqdan sonra çəkilib yuvasına girirdi.
Bu kişi siçanın hərəkətinə mat-məətəl qalmışdı. Hər dəfə öz-özünə sual verirdi: Ya rəbb, bu nə sirri xudadır? Yoxsa, bu siçan tərəfindən Allah mənə hansısa xəbəri göndərir?
Axırda bir bilicini evinə dəvət edib hal-qaziyyəni ona danışır. Bilici bir xeyli fikirləşəndən sonra, ona deyir ki, külüngü əlinə al, o siçan deşiyini qaz. Kişi elə də edir. Siçanın yerini qazır. Görür ki, oradan bir küp qızıl çıxdı. Bilici əlini saqqalına çəkib mənalı-mənalı deyir:
-Hə, indi aydın oldu. Bu siçanı qudurdan üstündə yatdığı qızıl imiş. Bundan sonra sənin süfrənə heç yaxın da durmaz.
Kişi bilicinin pay-püşünü verib yola saldıqdan sonra dərd onu götürür ki, bəs, Həcc ziyarəti yaxınlaşır, bir küp qızılı hara qoysun.
Məhəllənin bir imanlı, mərifətli, sözünü, yerini bilən imamı varmış. Fikirləşir elə yaxşısı budur ki, aparım onun yanına. Qızılı torbaya doldurub gedir imamın yanına. Salam-kəlamdan sonra deyir:
-İmam qardaş, bu yaxınlarda ziyarətə gedəcəm, sənə əmanət kimi bir torba qızıl qoymaq istəyirəm.
İmam "Allah qəbul eləsin" deyəndən sonra ona etiraz edir:
-Yox, belə olmaz. Mən bunu əmanət kimi təkbaşına qəbul edə bilmərəm. Gərək şahidlər də olsun.
O, mürdəşiri, azançını, daha bir neçə nəfəri də çağırıb deyir:
-Qulaq asın, ey möminlər! - Barmağını kişiyə uzadır. - Bu kişi mənə bu torbanı saxlamaq üçün əmanət qoyur. Hamınız şahidsiniz?
Hamısı bir ağızdan "şahidik" deyir.
Nəisə vaxt-vədə tamam olur. Kişi ziyarətini başa vurduqdan sonra, səhəri gün məscidə gedib imamla görüşür. Beş-on beşdən sonra deyir:
-İmam qardaş, gəlmişəm əmanətin dalınca, onu zəhmət olmazsa qaytar. Bu müddətdə səni rahatsız etdim.
İmamın üzü çönür.
-Nə əmanət, sən mənə nə vaxt əmanət verdin ki, mən də onu qaytarım?
Kişi çaş-baş qalır, güclə dillənir:
-Necə yəni, nə əmanət? Həccə gedəndə gəldim bura, yanına bir torba qızılı əmanət kimi qoydum.
İmam yenə dirənir:
-Mən əmanət-zad görməmişəm.
Bu kişi də imamın üzünə bozarır:
-Necə yəni görməmisən? Hələ filankəsləri də şahid kimi çağırdın.
İmam həmin şahidləri yığıb soruşur:
-Ey möminlər, bu kişi deyir ki, sizin şahidliyinizlə, guya mənə əmanət kimi bir torba qızıl verib. Olubmu belə şey?
Şahidlər yenə bir ağızdan deyir:
-Yox, biz görməmişik.
Kişi baxır ki, imam bir torba qızılı mədəsinin dərinliyinə atıb. Ümidsiz halda, əli ətəyindən uzun məscidin qapısından çıxanda imam onu saxlayıb bir torba qızılını qaytarır.
Kişi təəccüblə imama baxıb soruşur:
-İmam qardaş, bu nə məzhəkədir? Bayaqki tamaşa nədir, indi etdiyin hərəkət nə?
İmam gülümsəyib cavab verir:
-Sən incimə, sadəcə olaraq mən sənə göstərmək istəyirdim ki, gör hansı əclaflarla işləyirəm. Hərəsi özləri kimi bir əclafın xahişi ilə burada özlərinə isti yer düzəldiblər. Yaxşı, get...
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
-
Sinif yoldaşı olan bacı-qardaş indi də qrup yoldaşı oldu - (Foto)
-
Şükürbəyli və Horovluda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - (Yenilənib)
-
Ölkədə hava dəyişir: Leysan, külək, dolu gəlir - Proqnoz
-
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
-
Bakıda məşhur restorandan şikayət: Sakinlər gecələr yata bilmir - (Video)
XƏBƏR LENTİ
-
Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı - (Foto-Video)
-
İlk dəfə 19 bioloji övladı ilə tanış oldu - (Video)
-
Şəbnəm Tovuzlunun mikrafon tutma məsafəsi müzakirə yaratdı - (Video)
-
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
-
Sinif yoldaşı olan bacı-qardaş indi də qrup yoldaşı oldu - (Foto)
-
“Qarabağ” Rosaya görə nə qədər pul ödəyəcək?
-
Kolumbiyada meşə yanğınları 50 min hektar ərazini məhv edib
-
Şükürbəyli və Horovluda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - (Yenilənib)
-
Ölkədə hava dəyişir: Leysan, külək, dolu gəlir - Proqnoz
-
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
-
Nazirlər Kabinetindən bu qanunla bağlı tapşırıq
-
Bakıda məşhur restorandan şikayət: Sakinlər gecələr yata bilmir - (Video)
-
Ukrayna Rusiya ordusunun itkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb
-
Meteor yağışı başlayır - Bakıda müşahidə üçün ən uyğun vaxt açıqlanıb
-
Xırdalan–Biləcəri xəttində qatarların hərəkət qrafiki dəyişdirildi
-
Siyəzəndə iki yük maşını toqquşdu - (Video)
-
Dima Bilan baba oldu
-
XİN-dən Ballıqaya qətliamı ilə bağlı çağırış
-
Ağdaşda iki yük maşını toqquşdu - Ölən var
-
İlin son Ay tutulması başa çatdı - (Yenilənib)
-
"Mançester Siti" onu göndərdi
-
Bakıda elektrik cərəyanı iki nəfərin həyatına son qoydu
-
İnsanlara metal əşyalar yapışmağa başlayıb?
-
Norveç Kralı vəfat etdi





