Cəmiyyət

Bakıda yeni xəstəxana istifadəyə verildi - FOTO

9 Fevral 2021 10:54
Baxış: 1 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabunçu rayonu 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının yeni tikilmiş korpusu istifadəyə verilib.

Səhiyyə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 63 çarpayılıq yeni korpusda inzibati, qəbul, funksional diaqnostika, pediatriya və terapiya şöbələri fəaliyyət göstərəcək.

Ümumi 100 çarpayılıq xəstəxana əhalinin sağlamlığının qorunmasına xidmət edir. 356 nəfərlik personal gündə 500-ə qədər xəstə qəbul edə biləcək.

Qeyd edək ki, 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası iki korpuslu stasionar və poliklinika şöbələrindən ibarətdir.

Müasir avadanlıqlarla təchiz edilmiş yeni korpusu Səhiyyə Nazirliyi bu gündən vətəndaşların xidmətinə verir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.