Cəmiyyət

"Qarabağ inciləri" kompozisiyası Fikrət Əmirova aid deyil

6 Fevral 2021 23:23
Baxış: 1 085
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosil şəbəkələrdə Fikrət Əmirovun "Qarabağ inciləri" kompozisiyası kimi hesab edilən rəqs musiqisi Azərbaycan bəstəkarına aid deyil.

Bu barədə Milli.Az-a Mədəniyyət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, uzun müddətdir ki, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində müxtəlif mənbələrə istinad edilərək görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirova məxsus musiqi kompozisiyasının erməni bəstəkar Ara Gevorkyanın müəllifliyi altında təqdim edilməsi barədə məlumatlar yayılmaqdadır.

"Bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir. Belə ki, Fikrət Əmirovun "Qarabağ inciləri" kompozisiyası kimi hesab edilən rəqs musiqisi Azərbaycan bəstəkarına aid deyil.

Fikrət Əmirovun belə bir adda əsəri yoxdur və sözügedən kompozisiyanın da ona aidiyyəti yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.