Cəmiyyət

Bakıda Chery dərəyə aşdı, 1 nəfər xəsarət aldı - FOTO

6 Fevral 2021 08:33
Baxış: 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Səbail rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Zülfüqarzadə Hikmət Fikrət oğlu idarə etdiyi "Chery" markalı minik avtomobili ilə hərəkətdə olan zaman avtomobil dərəyə aşıb.

Nəticədə H.Zülfüqarzadə ağır xəsarət alaraq avtomobildə sıxışıb qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları cəlb edilib.

Sürücü nəqliyyat vasitəsindən çıxarılaraq təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Əraziyə polislər cəlb edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.