Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan COVID-19 virusunun yeni mutasiyasının uşaqlara ciddi təsir edəcəyi və xəstəxanalarda uşaq çarpayılarının yerləşdirilməsi ilə bağlı yayılan səs yazısına müenasibət bildirib.
Nazirliyin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumatda bildirilir ki. yayılan səs yazısı həqiqəti əks etdirmir: "Ümumdünya Səhiyyə Təşkilatı yeni mutasiya ilə əlaqədar açıqlamasında uşaqlara yarada biləcək təhlükə ilə bağlı heç bir faktın olmadığını bəyan edib.
Milli.Az