Cəmiyyət

Əhməd Cavadın nəticəsi Türkiyədə mükafatlandırıldı - FOTO

1 Fevral 2021 17:38
Baxış: 1 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı, Azərbaycan Triatlon Federasiyasının (ATF) baş katibi Cavad Axundzadə Türkiyə-Azərbaycan münasibətlərinin inkişafındakı göstərdiyi xidmətlərə görə, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının "Təşəkkürnamə"-si ilə təltif edilib.

Milli.Az xəbər verir ki, "Təşəkkürnamə"a federasiyanın başqan müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsalın adından göndərilib.

Sərdar Ünsal Cavad Axundzadənin babasının adına layiq övlad olduğunu bildirib. "Cavad Axundzadə Türk dünyasına bağlı insandır. Onun bütün fəaliyyəti və düşüncələri buna xidmət edir. Babası Əhməd Cavadın yolunu sevərək davam etdirir".

Qeyd edək ki, Cavad Axunzadə Türkiyə və Azərbaycan mətbuatında 10 dekabr Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etməklə gündəmə gəlmişdi. Belə ki Türkiyə Prezidenti çıxışında Əhməd Cavadın adını çəkərək onu yad etmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.