Cəmiyyət

“Ümid edirəm ki, hərbçilərə ikiqat ödəmələrin verilməsi davam etdiriləcək”

1 Fevral 2021 11:48
Baxış: 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mən ümid edirəm ki, qalib ordunun yüksəkliklərdə xidmət edən hərbçilərinə ikiqat ödəmələrin verilməsi davam etdiriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentin yaz sessiyasının ilk plenar iclasında çıxış edərkən deyib.

O, həmçinin azad edilmiş ərazilərdə memorial komplekslər yaradılacağına ümidvar olduğunu vurğulayıb: "Biz əldə etdiyimiz qələbəni bundan sonra da qorumalıyıq".

Qeyd edək ki, Vətən Müharibəsindən sonra ikiqat ödəmə alan hərbçilərin əməkhaqqı azaldılmışdı. Maliyyə Nazirliyi isə məsələ ilə bağlı açıqlamasında Müdafiə Nazirliyi ilə birlikdə ikiqat pul təminatı ilə əhatə olunacaq hərbi qulluqçuların sayının dəqiqləşdirildiyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.