Cəmiyyət

Dövlət Sərhəd Xidməti məhkəməyə verildi

30 Yanvar 2021 14:13
Baxış: 1 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda Sərhəd Təhlükəsizlik Sistemləri və Aviasiya Təhlükəsizliyi xidməti göstərən şirkət Dövlət Sərhəd Xidmətini məhkəməyə verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Palladium Defense and Security Solutions" MMC bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək iddia qaldırıb.

Şirkət göstərilən xidmətlə bağlı imzalanan müqavilədə DSX-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edib.

Hazırda işə Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə baxılır.

Yanvarın 29-da hazırlıq iclası keçirilib, baxış iclası martın 1-nə təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.