Cəmiyyət

Fevral ayının pensiyası artımla birlikdə veriləcək - Nazirlik

26 Yanvar 2021 13:02
Baxış: 4 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hesab edirəm ki, hər il olduğu kimi bu il də bəlli faiz müəyyən edildikdən sonra fevral ayı ərzində pensiyaçıların pensiyaları indeksləşdiriləcək. Fevralın ödənişi aparılan zaman pensiyaçılar fevral ayının pensiyasını həm də yanvar ayı üzrə hesablanmış artımla birlikdə alacaqlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Onun sözlərinə görə, inbdeksləşdirmə yanvarın 1-dən hesablanacağı üçün artım da yanvarın 1-dən hesablanacaq. O, yanvar artımlarının fevral ayının pensiyası ilə birlikdə bank hesablarına köçürüləcəyini açıqlayıb:

"Hər il pensiyaların sığorta hissəsi ötən ildəki orta aylıq əmək haqqının artım faizinə uyğun olaraq, indeksləşdirilir. 2020-ci ildə 2019-cu ilin yekununa əsasən, indeksləşdirmə 16,6 faiz olub. Pensiya kapitalı isə ötən ilin inflyasiya faizinə uyğun olaraq, indeksləşdirilir. Bu il də indeksasiya olunacaq, yaxın günlərdə indeksasiya qiymətləri ilə bağlı cəmiyyətə açıqlama veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.