Cəmiyyət

Övladını məktəbə göndərməyənlər sənəd imzalamalıdır

26 Yanvar 2021 12:15
Baxış: 1 381
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hansısa valideyn övladının səhhətiylə bağlı təhlükə hiss edirsə, distant təhsili seçə bilər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva "Real İntervyu" verilişinə müsahibəsində bildirib.

O qeyd edib ki, bu məqsədlə valideyn iltizam sənədi imzalamalıdır: "Həmin valideyn övladının distant təhsilinə cavabdehdir. Övladı məktəbə gəlməsə də, qiymətləndirmədə iştirak etməlidir".

"Şagird distant təhsildən kənardısa, qiymətləndirmədə necə iştirak edəcək?" sualına M.Vəliyeva belə cavab verib: "Bildirim ki, fevralın 1-dən sonra distant təhsil zamanı qiymətləndirmədə iştirak etməyənlər 1 ay ərzində qiymətləndirmədə iştirak edə biləcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.