“Fikrim elə təqdim edildi ki, guya “öyrənmək olmaz” demişəm”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təhsil naziri Emin Əmrullayev ötən gün keçirdiyi brifinqdə səsləndirdiyi fikirlərin məcrasından çıxarılaraq başqa cür təqdim edildiyini bildirib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə nazir "Xəzər" TV-də qonaq olarkən danışıb.
Onun sözlərinə görə, brifinqdə, sadəcə, öyrənmənin məqsədli olmasından danışıb: "Əgər tədris prosesinin məqsədi öyrənən adama məlum deyilsə, onun motivasiyası yoxdursa, yəqin ki, öyrənmə baş vermir. Əgər valideyn övladı üçün hansısa öyrənmək imkanı yaratmaq istəyirsə, öyrənmənin məqsədlərini izah etməlidir. Bu, həmçinin müəllim üçün də önəmlidir.
İstərdim yenə bu fikrə qayıdım, mən bunu o formatda demişdim ki, bəzən valideynlər öz övladlarını səhər bir məşğələyə, günorta başqa bir məşğələyə, daha sonra başqa bir repetitor yanına göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir. Uşaq şahmat dərnəyinə niyə getdiyini, niyə riyaziyyat dərsində oturduğunu başa düşmürsə, ehtimal ki, öyrənmənin keyfiyyəti aşağı düşür. Mən bunu demək istəyirdim. Təəssüf, fikrim elə təqdim edildi ki, guya təhsil naziri "öyrənmək olmaz" deyib".
Xatırladaq ki, ötən gün Emin Əmrullayevin Azərbaycanda ali təhsil müəssisəsində təhsil haqları ilə bağlı söylədikləri fikirləri müzakirəyə səbəb olmuşdu. Nazir çıxışında bildirmişdi ki, təhsil haqları ilə təhsilin keyfiyyəti arasında əlaqə mövcuddur: "Çox sadə bir misal, Azərbaycanın ali təhsil müəssisələrində bakalavr səviyyəsində təhsil haqları 2500 manatdır. Bəzi regional ali təhsil müəssisələrində isə bundan da aşağıdır. Burada biz nə istəyirik sualı çox vacibdir, istərdim bunu yaxşı başa düşək. Ali təhsilin qiyməti 500 manat olarsa, daha çox adam təhsil almış olacaq. Amma bizə o təhsilli insanlar uzun müddətli vədədə iqtisadiyyatımıza və gündəlik rifahımıza hansı əlavə dəyəri qatacaqlar sualı daha vacib sualdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Anar Bayramov Şahin Hüseynovu yüksək vəzifəyə təyin etdi
-
Bakıda bağ evlərində istirahət qiymətləri: 13 min manat...
-
Deputatlar yayda harada dincələcəklər? - Özləri cavabladı
-
Əsgərimiz infarktdan öldü
-
Kamil Zeynallının qazi Aminlə zarafatı diqqət çəkdi - (Video)
-
Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb
XƏBƏR LENTİ
-
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
-
42 yaşlı azərbaycanlı aparıcı gözəlliyi ilə heyran etdi - (Video)
-
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
-
Qorxulu yuxular görməyin səbəbləri
-
Xiyarın möcüzəvi faydaları
-
Özbəkistanda ər arvadına qızıldan unitaz hədiyyə etdi - (Video)
-
Dünya çempionatı tarixinin 23 nəfərlik heyəti açıqlanıb
-
Biləcəridə avtobus dayanacağının zəbt olunduğu iddia edilir (Video)
-
Sevil-Sevincin qardaşının ailəsi ilə fotoları maraq yaratdı - FOTOlar
-
Misir 1/8 finalda - DÇ-2026
-
İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səmimi olun.
-
Ömrü qısaldan qidalar - Həkimlər uzaq durmağı tövsiyə etmir
-
Mətanət: "Gecə 12-nin yarısı oğlumun xəbəri yoxdur ki, evə gəlmişəm"
-
Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib
-
Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"
-
Ronaldonun yeni məşqçisi bəlli oldu
-
"Qalatasaray" Premyer Liqanın ulduzunu heyətə qatmağa yaxındır (Foto)
-
Anar Bayramov Şahin Hüseynovu yüksək vəzifəyə təyin etdi
-
Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod testi
-
"Eşref Rüya"nın Nusreti parik və eynəklə tanınmaz oldu (Foto)
-
"İsrail üçün ən yaxşı prezident mən olmuşam"
-
Xalq artisti Elçin Haşımovun qızı məzun oldu (Foto)
-
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq





