Cəmiyyət

Kanada mediasında 20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc olunub

19 Yanvar 2021 19:19
Baxış: 681
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Niyə yəhudilər 20 yanvarda Azərbaycanla həmrəy olmalıdırlar?" başlıqlı məqaləni müəllifi siyasi analitik, "Safadi" beynəlxalq diplomatiya, araşdırma, ictimaiyyətlə əlaqələr və insan hüquqları mərkəzinin əməkdaşı Reyçel Avraam qələmə alıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, məqalədə qeyd olunub ki, insan azadlığı və ləyaqətini düşünən hər kəs Sovet İttifaqının Qara Yanvar günü etdiklərini heç vaxt unutmamalıdır.

Məqalədə millətlərin çoxmədəniyyətliliyi ilə qürur duyan, diskriminasiyanın hər növünü pisləyən, dini məbədlərin, o cümlədən sinaqoqların sərbəst şəkildə fəaliyyət göstərdiyi Azərbaycan kimi ölkələrə minnətdarlıq ifadə edilib. Məhz, buna görə yanvarın 20-də dünyadakı yəhudi xalqı Azərbaycanla həmrəy olmalıdır.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.thej.ca/2021/01/14/why-jews-should-stand-in-solidarity-with-azerbaijan-on-january-20/

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.