Cəmiyyət

Bu çörəkləri almayın! - Daha bir çörək sexi bağlandı - FOTO

19 Yanvar 2021 13:44
Baxış: 3 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qida təhlükəsizliyi qeydiyyatından keçmədən, anti-sanitar şəraitdə fəaliyyət göstərən çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Ağcabədi rayonu, dörd yol ərazisində fəaliyyət göstərən fiziki şəxs Mehdiyev Firidun Elşad oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama həyata keçirilib.

İlkin baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, çörək sexi sanitar-gigiyenik qaydalara əməl etmədən, qida təhlükəsizliyinə dair normativ aktlara əməl edilmədən fəaliyyət göstərir.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.