Cəmiyyət

Yəhudi əsilli Azərbaycan əsgərləri - VİDEO

16 Yanvar 2021 13:24
Baxış: 1 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan tolerant dəyərlərə sadiq ölkədir. Ölkəmizdə multikulturalizm və tolerantlıq həyat tərzinə çevrilib. İkinci Qarabağ Müharibəsində iştirak edən yəhudi əsilli vətəndaşlarımız da buna bariz nümunədir. Onlar bu mübarizədə vətən borclarını fəxrlə yerinə yetirdiklərini deyirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, xalqımızın ikinci Qarabağ müharibəsindəki tarixi qələbəsində yəhudi əsilli vətəndaşlarımız da iştirak edib. 44 günlük mübarizədə çiyin-çiyinə vuruşublar. Hətta orduya yazıldığını ailəsindən gizlədən də olub.

46 saylı orta məktəbin məzunları olan bu gənclər könüllü şəkildə müharibədə iştirak ediblər. Yaralansalar da mübarizələrini davam etdiriblər. Kimisi artilleriya, piyada, kimisi isə Xüsusi təyinatlı kimi orduda xidmət edib.

Bir zamanlar məktəb koridorlarında gəzən şagirdlərini cəbhədə görən müllimləri onlarla fəxr etdiyini deyir.

Qazilərimiz göstərdikləri şücaət görə medallarla təltif ediliblər

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.