Bakı Ali Neft Məktəbində beynəlxalq “Petrobowl” yarışının universitetlərarası çempionatı keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ali Neft Məktəbinin (BANM) Neft Mühəndisləri Cəmiyyətinin Tələbə Bölməsi tərəfindən beynəlxalq "Petrobowl" yarışının universitetlərarası çempionatı təşkil edilib.
İlk onlayn çempionatda Bakı Ali Neft Məktəbini, eləcə də yerli və xarici universitetləri təmsil edən 18 komanda iştirak edib. Eyni zamanda, Azərbaycan, Pakistan, Yunanıstan, Əlcəzair və Rusiya ali təhsil müəssisələrindən də tələbələr yarışa qatılıb.
Neft sənayesinə aid sualları əhatə edən intellektual yarışmada suallara ən tez və doğru cavab verən komandalar qalib gələrək növbəti tura vəsiqə qazanıb. Mübarizənin sonunda üç komanda qalib elan edilib.
Yarışda BANM-in "Wildcatters" komandası 121 bal toplayaraq yarışın qalibi olub.
"Wildcatters" komandasının üzvləri Neft-Qaz mühəndisliyi ixtisasının tələbələri Xalid Orucov, Rəhimə Abbasova, Eldar Əsgərov və Elnur Əskərovdur.
Fransız-Azərbaycan Universitetinin (UFAZ) "Wingineers" və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "Alpha Team" komandaları müvafiq olaraq II və III yerləri bölüşüblər.
Qeyd edək ki, SPE International - Beynəlxalq Neft Mühəndisləri Birliyinin tələbələrin inkişafı üzrə həyata keçirdiyi proqramlardan biri beynəlxalq "PetroBowl" yarışmasıdır. Bu yarışmada tələbələr komanda şəklində iştirak edirlər. Yarışma bir neçə mərhələdən ibarətdir və hər bir mərhələdə iştirakçı komandalar texniki və qeyri-texniki suallara cavab verirlər. Yarışma 2002-ci ildən bəri öz miqyasına və populyarlığına görə seçilir. 2015-ci ildə yarışmanın 6 regionda təşkil olunması ilə beynəlxalq statusu təmin olunub.
Beləliklə, "PetroBowl" Çempionatı hər il beynəlxalq səviyyədə müxtəlif ölkələrdə keçirilir və səkkiz regiondan səkkiz komanda bu yarışda iştirak edir. Regionlardan hansı komandanın beynəlxalq yarışa vəsiqə qazanacığı "PetroBowl" Regional Çempionatında müəyyən edilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
XƏBƏR LENTİ
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)





