Cəmiyyət

Uşaq hüquqları üzrə monitorinq sistemi təkmilləşdiriləcək

12 Yanvar 2021 17:27
Baxış: 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin monitorinqi və qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub.

Milli.Az bildirir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin köməkçisi Fərid Ədilov deyib.

Onun sözlərinə görə, "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planında uşaqlara qarşı zorakılıq hallarının öyrənilməsi məqsədilə statistik təhlillər aparılması, uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi, uşaqların peşəyönümü meyillərini özündə ehtiva edən sorğuların hazırlanması və həyata keçirilməsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.