Cəmiyyət

Bəzi şəhid ailələri artıq evlərinə köçüblər - VİDEO

9 Yanvar 2021 12:06
Baxış: 1 319
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Aprel döyüşlərində şəhid olan vətəndaşlarımızın ailələri də diqqətdən kənarda qalmırlar. Onların müraciətindən sonra həmin ailələrə fərdi evlər tikilib. Bəzi ailələr artıq evlərinə köçüblər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Mingəçevirdə doğulan Adil Adilzadə 2016-cı ilin aprel döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Ötən il Adilin ailəsi 1-ci Vitse Prezident Mehriban Əliyevaya müraciət edir. Birinci xanım şəhid ailəsinin yeni mənzillə təmin edilməsi üçün göstəriş verir. Şəhidin atası Kamran Abdullayev bildirir ki, 3 otaqlı yeni evləri tam hazırdır. Yaxın günlərdə ailə işıqlı, müasir dizaynlı fərdi mənzilə köçəcəklər.

Aprel döyüşlərində şəhid olmuş Mingəçevir sakini Teymur Qasımovun ailə üzvləri isə 2021-ci ili yeni tikilən mənzildə qarşılıyıblar. Şəhidin anası Gülnarə Qasımova köhnə vəziyyətdə olan əvvəlki mənzilin sökülüb yenisi ilə əvəzlənməsinə görə, 1-ci Vitse prezident Mehriban Əliyevaya təşəkkür edib.

Qeyd edək ki, Mingəçevirdən olan aprel şəhidləri Rahim Tağıyev və Rüstəm Əhmədovun ailələri də, Mehriban Əliyevanın göstərişi ilə ötən il Gəncə şəhərində 4 və 2 otaqlı mənzillərlə təmin olunublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.