Cəmiyyət

İtkin düşdüyü bildirilən iki hərbçimiz şəhid olub

7 Yanvar 2021 23:09
Baxış: 2 579
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qusar rayonundan olan və iki aydır axtarılan hərbiçilərin şəhid olma xəbəri gəlib.

Milli.Az bildirir ki, Vətən Müharibəsində itkin kimi axtarışda olan hərbi qulluqçuların şəhid olduğu məlum olub.

Belə ki, Ramazanov Rail Arif oğlu rayonun Hil, Şahbazov Sərvan Əliməhəmməd oğlu isə Gündüzqala kəndinin sakinidirlər.

Şəhidlərin cənazəsi bu gün rayon ictimaiyyətinin nümayəndələri və sakinləri tərəfindən izdihamla qarşılanıb və dəfn edilib.

Allah rəhmət eləsin!

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.