Cəmiyyət

Bakıda iki piyadanı avtomobil vurub

7 Yanvar 2021 08:23
Baxış: 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Xətai və Nərimanov rayonlarında yol-nəqliyyatı hadisələri baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Xətai rayonu, Qaçaq Nəbi küçəsində piyada yol keçərkən onu avtomobil vurub.

1961-ci il təvəllüdlü Xıdırova Fəridə Yaşar qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Oxşar hadisə Nərimanov rayonunda da baş verib. Ziya Bünyadov prospektində yerüstü piyada körpüsünün altından keçən 1962-ci il təvəllüdlü Heydərli Elxan Yaqub oğlunu minik avtomobili vurub.

Yaralıları xəstəxanaya yerləşdiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.