Cəmiyyət

İtkin hesab edilən Nurlanın da şəhid xəbəri gəldi... - FOTO

1 Yanvar 2021 03:30
Baxış: 2 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən Müharibəsi zamanı itkin düşmüş hesab olunan daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət 25 yaşlı Nurlan Məlikovdan gedir. Məlum olub ki, ailəsinin 70 gündür xəbər ala bilmədiyi N.Məlikov oktyabrın 21-də Qubadlı istiqamətində döyüşlərdə şəhid olub.

Hazırda onun yaşadığı Masallı rayonu Öncəqala kəndində şəhidin dəfn mərasimi keçirilir.

Daha öncə N.Məlikovun atası Dünyamalı Məlikov bildirmişdi ki, oğlu ilə sonuncu dəfə oktyabrın 20-də danışıb: "Dedi ki, "ata Füzulidən Cəbrayıl istiqamətinə gedirik". Ondan sonra əlaqə saxlamaq mümkün olmadı".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.