Cəmiyyət

Ermənistan Su elektrik stansiyasını və 30 hektar torpağı Azərbaycana qaytarır

30 Dekabr 2020 19:49
Baxış: 5 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Azərbaycana Syunik rayonunun Karaunj kəndinin onlarla hektar ərazisini və ərazisində yerləşən Su elektrik stansiyasını qaytaracaq.

Milli.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Goris Şəhər Bələdiyyə sədrinin müavini Menua Hovsepyan deyib.

Onun sözlərinə görə, söhbət 30 hektar bağçadan gedir.

Eyni zamanda, Hovsepyan, Ermənistan hökumətinin onlarla əlaqə yaratmadığından və mövcud vəziyyəti izah etmədiyindən şikayətləndi.

Qeyd edək ki, bu ərazilər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda, Azərbaycanın Zəngilan rayonu ərazisindədir. Yəni, Azərbaycan suveren ərazisi üzərində nəzarəti bərpa edir.

Aslan Məmmədov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.