Cəmiyyət

Kimsəsi olmayan şəhidimiz - Vətən onun həm anası, həm də atası idi - VİDEO

30 Dekabr 2020 12:01
Baxış: 2 143
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən onun həm anası, həm də atası idi. Bütün qəlbi ilə yetim qalmış arzularını torpağına yurduna bağlamışdı. Yeganə istəyi döyüşlərdən üzüağ çıxmaq idi. Buna görə yaralı olanda belə canını yox vətənini düşünürdü. Son nəfəsini də azad olunan xarı bülbülün torpağında verən 23 yaşlı şəhidimiz Əli Əliyev!

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, yaşadığı Qobu qəsəbəsində böyükdən kiçiyə hamı onu tanıyır. Hər kəsin hörmətini qazanmışdı, çünki cəsur idi, ədalətli idi, təmiz qəlbli idi... Sonradan hər 2 valideynini itirən Əliyə qonum-qonşu az da olsa, həm Ana, həm də atasını əvəz etməyə çalışmışdırlar.

Əli bu arzusuna çatır. Tovuz döyüşlərində General Polad Həşimovun şəhid xəbəri onu o qədər sarsıtmışdı ki, yurdunun, şəhidlərin qisasını almaq üçün vətən müharibəsinin ilk günlərindən könüllü olaraq döyüşə atılır.

O sadəcə cəbhəyə getmir. Düşmənə aman verməmək, onun sıralarını darmadağın etmək üçün əlindən gələni əsirgənir. İgidimizin son döyüşü Şuşa ətrafında olub. Yaralı olduğu halda düşmənlə sona qədər mübarizə aparıb. Xain minaatan mərmiləri noyabırın 3-də 23 yaşlı gəncimizin xəyallarına son qoyaraq, onu şəhidlik zirvəsinə ucaldıb.

Qobu qəbiristanlığında ruhu şad uyuyan igid əsğər Əli Əliyev ölümündən sonra ''Vətən uğrunda'' medalına layiq görülüb. İndi yalnız Qobu camaatının deyil, hər bir azərbaycanlının övladı olaraq!

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.