Cəmiyyət

"Mən Qarabağın azadlığı uğrunda vuruşacam və şəhid olacam" - VİDEO

28 Dekabr 2020 12:02
Baxış: 1 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir igid düşünün hələ uşaq olarkən "mən Qarabağın azadlığı uğrunda vuruşacam və şəhid olacam"- deyirdi. O, istəyinə 22 yaşında çatır. Söhbət Abşeron rayonu, Güzdək kəndinin şəhidi olan Rüstəm Turabovdan gedir. Döyüş yoldaşları deyir ki, Rüstəm hər zaman öz komandirləri ilə çiyin-çiyinə döyüşüb. 22 yaşlı igid Ərgünəş zirvəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Qarabağın azad edilməsi və qarabağın azadlığı uğrunda döyüşmək Rüstəm Turabovun ən böyük arzusu idi. Atası deyir ki, Rüstəm Turabov Tovuz hadisələri və General Polad Həşimovun öldürülməsi ilə heç vaxt barışa bilmirdi. Buna görə də ailəsindən xəbərsiz döyüşlərdə iştirak etmək üçün könüllü olaraq yazılıb.

Rüstəm Turabov döyüşlərdə sözün əsl mənasında düşmənin qorxulu yuxusuna çevirilib. O bir sıra ağır tağşırıqların icra olunmasında ön cərgədə yer alıb. Bacısı deyir ki, qardaşı düşmənə qarşı amansız olsa da, ailəsinin, dostlarının yaddaşında həmişə gülərüz və zarafatçıl kimi qalıb.

Füzulidən başlayan döyüş yolu sonra Hadrut, Xocavənd istiqamətində davam edib. Onun son döyüşü olduqca strateji əhəmiyyətə malik Ərgünəş zirvəsinin azad olunması uğrunda olub.

Rüstəm ölümündən sonra medallarla təltif edilib.Babası deyir ki, Rüstəm hələ uşaq olarkən özünə şəhidlik arzu edirmiş

Abşeron rayonu Güzdək kəndində yaşayan ailənin istəyi rüstəmin xatirəsinin əbədiləşdirilməsi üçün buradakı məktəbə onun adının verilməsidir..

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.