Cəmiyyət

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

28 Dekabr 2020 07:57
Baxış: 1 877
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Belə ki, Sumqayıt şəhər 1 saylı Poliklinikanın həkim-nevropatoloqu Kazım Kərimli bir müddət əvvəl COVİD-19-a yoluxub.

O, əvvəl Sumqayıt xəstəxanasında müalicə alıb, daha sonra vəziyyətinin ağırlaşması ilə əlaqədar Zığda yerləşən modul tipli xəstəxanada müalicəsini davam etdirib.

Lakin, həkimlərin bütün səylərinə baxmayaraq, Kazım Kərimli ötən gün koronavirusdan vəfat edib.

Allah rəhmət eləsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.