Cəmiyyət

Cəbrayılın azad olunmasında iştirak edən 12 general... - FOTO

25 Dekabr 2020 12:44
Baxış: 3 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təltif olunanlar arasında 12 general var. Onlardan bir neçəsi Vətən müharibəsində qazanılan qələbəyə görə növbəti dəfə təltif olunub.

General-leytenant İlham Mehdiyev:

İlham Mehdiyev 44 günlük Vətən müharibəsində DSX qüvvələrini idarə edib. Bundan öncə o, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.

General-leytenant Hikmət Mirzəyev

Təltif olunan digər generallardan biri də Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevdir.

O da "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülən generallarımızdandır. XTQ komandanının Cəbrayılla yanaşı, Şuşanın işğaldan azad edilməsində xüsusi rolu olub. 

General-leytenant Əfqan Nağıyev 

Əfqan Nağıyev Sərhəd Qoşunları hərbi qulluqçuların komandiri kimi Füzuli və Hadrut uğrunda döyüşlərdə də iştirak edib. O, bundan öncə Vətən müharibəsində fərqləndiyinə görə "Qarabağ" ordeni ilə təltif edilib.

General-leytenant Kərim Vəliyev

"Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunan general-leytenant müdafiə nazirinin şəxsi heyət üzrə müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisidir. Kərim Vəliyev bundan öncə "Zəfər" ordeni ilə təltif olunub.

"Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olun general-mayor Ramin Bağırov da Dövlət Sərhəd Xidmətində xidmət edir. O, general-mayor rütbəsini ötən ilin avqustunda alıb. Ramin Bağırov Vətən müharibəsinə görə ilk dəfədir təltif olunur.

General-mayor Mayis Bərxudarov

Əslən Qubadlıdan olan Bərxudarov bundan öncə "Qarabağ" ordeni ilə təltif olunub. 44 yaşlı general bu dəfə  Cəbrayılın azad edilməsinə görə təltif olunanlar arasındadır.

General-mayor Anar Kərimov da "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunanlar arasındadır. Müdafiə Nazirliyinin Mühəndis istehkam xidmətinin rəisi bundan öncə "Zəfər" ordeninə layiq görülüb.

DSX general-mayoru da olan Aqşin Məhərrəmov da Vətən müharibəsinə görə ikinci dəfə təltif edilib. Bu ilin avqustunda general-mayor rütbəsini alan Məhərrəmov, bundan öncə "Zəfər" ordeninə layiq görülüb.

General-mayor Mübariz Rzayev

VI ordu korpusunun komandiri, general-mayor Mübariz Rzayev  isə bundan öncə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Birinci Qarabağ müharibəsinin də iştirakçısı olmuş Mübariz Rzayev Lənkəranda anadan olsa da, əslən Lerikin Orand kəndindəndir. Onun mərhum atası Balağa Rzayev polkovnik olub.

General-mayor Kənan Seyidov

"Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunan generallardan biri də Kənan Seyidovdur. O, bundan öncə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. General-mayor Kənan Əlihüseyn oğlu Seyidov Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin müavinidir.

Bundan başqa, Dövlət Sərhəd Xidmətinin general-mayoru Rəsul Tağıyev və Artilleriya qoşunlarının komandanı general-mayor Ağamir Sultanov da "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub. Hər iki general bundan öncə "Zəfər" ordeninə layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.