Cəmiyyət

"Ata, mənimlə fəxr edə bilərsən" - Şəhidin atası ilə son danışığı - VİDEO

23 Dekabr 2020 11:09
Baxış: 924
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəmi 23 yaşı var idi Fikrət Məmmədovun. Vətən borcunu ödəmək üçün tələsirdi. Səbirsizliklə səfərbərliyə çağırılacağı günü gözləyirdi Fikrət. Çağırış zəngi gələndə ailəsi ilə sevincək sağollaşıb cəbhəyə yollanmışdı.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, son dəfə atasına zəng edəndə şəhadət hissi sanki onun ürəyinə damır. Fikrət bütün ailə üzvlərinin səsini eşitmək istəyir. Atasına isə deyir ki, "mənimlə fəxr edə bilərsən".

Fikrət Məmmədov 2016-cı il Aprel döyüşlərində də iştirak edib. O zaman qələbə işığı uzaqda idi. Bu dəfə isə qələbəyə lap az qalmışdı. Füzuli və Xocavənd sevincini artıq yaşamışdı. Fikrət Şuşa uğrunda döyüşlərin sevincini isə şəhidlik zirvəsindən izlədi...

Vətənin şəhid əsgəri Fikrət Məmmədov ölümündən sonra ''Vətən uğrunda'' medalı ilə təltif olunub.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.