Ermənilər Xankəndindəki evləri və mənzilləri satışa qoyurlar.
Milli.Az xəbər verir ki, bunu Ermənistanda list.am portalında yerləşdirilən elanlar sübut edir. Və ən qısa zamanda satmaq üçün qiymətlər aşağıdır.
Maraqlıdır ki, evlər və mənzillər içərdəki bütün əşyalarla satılır.
Aydın məsələdir ki, ikinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi və Ermənistanın sarsıdıcı məğlubiyyəti ilə başa çatdıqdan sonra işğalçılar artıq burada qalmaq istəmirlər və gec-tez ayrılmaq niyyətindədirlər.
Aslan Məmmədov
Milli.Az