Cəmiyyət

Şəhid atası: "Oğlumla hər dəfə danışanda deyirdi ki, düşməni qovuruq" - VİDEO

19 Dekabr 2020 12:59
Baxış: 1 510
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə və Ukranyada təhsil alıb, 5 xarici dili öyrənmişdi. Tovuz döyüşlərindən sonra ailəsindən xəbərsiz könüllü cəbhəyə yollanmaq üçün müraciət edir. Bir bacının qardaşı olan Mingəçevir sakini Atiq İbrahimov Vətən müharibəsi başlayan gündən döyüşlərə qatılır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ilk olaraq Tərtər rayonunun Talış kəndinin azad edilməsində fəal iştirak edir.

Atası Ariz İbrahimov oğlu ilə oktyabrın 15-ə qədər danışa bildiklərini bildirir. Hər dəfə düşməni qovduqlarını, tezliklə qələbə qazancaqlarını deyirmiş Atiq İbrahimov.

Döyüşə yollanan zaman ailəsi ilə yalnız telefonla sağollaşır. Anası Atiqin savadlı, mədəni bir övlad olduğunu deyir.

Gülüş İbrahimova oğlunu tezliklə evləndirməyi düşünürmüş. Atiq də döyüş yoldaşına qələbə qazanıb, geri döndükdən sonra toy edəcəyini deyib. Amma arzuları yarımçıq qalıb.

İndi səninlə bütün Azərbaycan fəxr edir şəhid qardaş!

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.