Cəmiyyət

Bakıda ikimərtəbəli tikilidə yanğın olub

18 Dekabr 2020 21:15
Baxış: 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Xəzər rayonunda ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli tikilinin (birinci mərtəbəsi anbar, ikinci mərtəbəsi fəaliyyət göstərmir) ikinci mərtəbəsi 10 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin həyata keçirdikləri operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.