Cəmiyyət

Vətən müharibəsində düşmənə ağır zərbələr vurmuş şəhid Elman Babaxanov - VİDEO

15 Dekabr 2020 11:56
Baxış: 1 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

O,vətənini hər şeydən üstün tuturdu. İkinci Vətən müharibəsində düşmənə ağır zərbələr vurdu və bir sıra ərazilərin azad olunasında birbaşa iştirak etdi...

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət şəhid Elman Babaxanovdan gedir.

O, 1993-cü il dekabrın 17-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbiyə marağı olduğundan 2009-cu ildə Cəmşid Naxçıvaniski adına Hərbi Liseyi seçib. Sonradan Naxçıvana təyinat alaraq ordumuzun baş leytenantı rütbəsində xidmət edib. İkinci Vətən müharibəsi başlayan zaman isə o, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb.

Həyat yoldaşı Züleyxa Babaxanovanın sözlərinə görə, Elman Cəbrayıl, Füzuli, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad olunması məqsədi ilə aparılan döyüşlərində iştirak edib.

Qeyd olunan ərazilərə ilk daxil olan döyüçülərdən olub. Düşmənin bir neçə hərbiçisini məhv edib.

Elman Babaxanov 9 noyabr tarixində Xocavənd rayonunun adsız yüksəkliklərinin birinin azad olunması döyüşündə düşmənin snayper gülləsindən başından yaralanaraq şəhid olub. O, öz komandirinin qucağında gözlərini əbədi olaraq yumub. Həyat yoldaşı bildirir ki, şəhid olmamışdan bir neçə gün əvvəl döyüşlərdə göstərdiyi şücaətinə görə Elmana vaxtından əvvəl kapitan rütbəsi verilib.

Şəhidimizin anası Validə xala isə deyir ki, Elman döyüşlərə getməsini ondan gizlədib.

Dostluqları hərbi akademiyadan başlayan, özü də ikinci Qarabağ müharibəsinin iştirakçısı olanQadir Musayev isə qeyd edir ki, Elmanın hər zaman arzusu işğal altında olan torpaqların düşmən tapdağından azad olunması uğrunda döyüşlərdə iştirak etmək olub.Arzulayıb və məqsədinə də çatıb.

İndi şəhidimizdən 2 yaşında qızı bizə əmanət qalıb. Elman yaşasayıdı, dekabrın 17-də 27 yaşını qeyd edəcəkdi. Qeyd edək ki, şəhidimiz İkinci Fəxri xiyabanda dəfn olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.