Cəmiyyət

Qəhrəman atanın qəhrəman oğlu - Şəhid Fuad Nəcəfov ''Qarabağ" ordeni ilə təltif ediib - VİDEO

14 Dekabr 2020 14:47
Baxış: 1 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən müharibəsinə qatıldı, döyüşlərdə yaralansa da, durmadan irəli getmək istədi. Tək məqsədi torpaqlarımızı daha tez azad etmək idi...

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, döyüşlərdə qəhrəmanlıqlarına görə mükafatlandırılanlardan biri də İsmayıllı rayon, Qalıncaq kənd sakini Fuad Nəcəfovdur.

Fuad Hərbi Dəniz Qüvvələrində xidmət etdiyindən ona el arasında "Dəniz Pişiyi" deyirdilər. Vətən müharibəsi başlayanda o da döyüşə qatılıb. Atası Taleh Nəcəfov deyir ki, Fuadın qəhrəmanlıqlarını elə onun döyüş yoldaşlarından eşidib.

Fuad döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub. Onun igidliyi isə diqqətdən kənarda qalmayıb. Fuad Nəcəfov ölümündən sonra ''Qarabağ" ordeni ilə təltif olunub. Maraqlıdır ki, atası da birinci Qarabag döyüşlərdə qəhrəmanlıq göstərdiyinə görə ''Azərbaycan bayragı" ordeni' ilə təltif olunub.

Fuadın anası Qərənfil Nəcəfova deyir ki, övladı əsl vətənpərvər bir oğul idi.

Fuad və onun kimi qəhrəman oğullar Qarabağı ana vətənə qovuşdurdular. İllərlə tökülən qanların qisası alındı. Xalqın ürəyində ümid pöhrələnməyə başladı. Müzəffər ordumuzun qazandığı zəfər Azərbaycanın qüdrətini dünyaya göstərdi.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.