Gələn ilin yanvarın 31-dək Azərbaycan Respublikasının bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır.
"Azərbaycan Hava Yolları" QSC-dən Milli.Az-a verilən məlumata görə, karantin dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi ilə xüsusi və çarter reyslərinin yerinə yetirilməsi davam etdirilir.
Milli.Az