Azərbaycan aeroportları yanvarın sonunadək müntəzəm sərnişin reysləri üçün bağlı olacaq

10 Dekabr 2020 11:05

Gələn ilin yanvarın 31-dək Azərbaycan Respublikasının bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır.

"Azərbaycan Hava Yolları" QSC-dən Milli.Az-a verilən məlumata görə, karantin dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi ilə  xüsusi və çarter reyslərinin yerinə yetirilməsi davam etdirilir.

Milli.Az