Cəmiyyət

İki şəhidimizin övladı dünyaya gəldi

8 Dekabr 2020 19:01
Baxış: 1 170
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsində şəhid olan iki hərbçimiz - Anar Yusifov və Kənan Məmmədovun bu gün övladları dünyaya gəlib.

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya şəhidlərin yaxınları məlumat veriblər.

Belə ki, şəhid Anar Yusifovun qız övladı dünyaya gəlib. Anar Yusifov Ağdam rayonunun Sarıcalı kəndindəndir. Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Digər şəhidimiz gizir Kənan Məmmədovun isə oğlu doğulub. Körpənin adını Rüstəm qoyublar.

Kənan Məmmədov müharibənin ilk günü döyüşərək qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Onun üzünü görə bilmədiyi oğlundan başqa bir qız övladı da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.