Cəmiyyət

Azərbaycanda 4356 yeni yoluxma

6 Dekabr 2020 15:41
Baxış: 3 835
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4356 yeni yoluxma faktı qeydə alınıb,  2517 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 146679  nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 88497 nəfər müalicə olunaraq sağalıb, 1632nəfər vəfat edib, aktiv xəstə sayı 56 550nəfərdir.

Ölkədə son sutka ərzində 19197, hazırkı dövrədək isə 1837001 test aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.