Cəmiyyət

Ötən gün 21 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

4 Dekabr 2020 13:13
Baxış: 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Analiz nəticələri pozitiv çıxan COVID-19 xəstələrinin evdə məcburi özünü təcrid qaydalarına əməl edilməsi daxili işlər orqanları tərəfindən nəzərətdə saxlanılır.

Bu barədə Milli.Az-a Daxili İşlər Naziryindən (DİN) bildiriblər. Respublika ərazisində dekabrın 3-də epidemiya əleyhinə, sanitariya-gigiyena, karantin rejimlərinin pozulmasına səbəb olan 21 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılaraq, evə qaytarılıblar.

17 nəfər barəsində CM-nin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Aktiv koronavirus xəstələrinin, eləcə də onların yaxınlarının diqqətinə çatdırırıq ki, pandemiyaya qarşı görülən tədbirlərin səmərəli olması vətəndaşların qaydalara əməl etməsindən asılıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.