Cəmiyyət

MBA proqramını bitirən məzunlar doktorantura təhsilini davam etdirə biləcəklər? - RƏSMİ AÇIQLAMA

1 Dekabr 2020 17:42
Baxış: 1 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil Nazirliyi son günlər MBA (biznesin idarəedilməsi üzrə magistr) proqramını bitirən məzunlar tərəfindən doktoranturada təhsillərinin davam etdirilməsinə köməkliyin göstərilməsi ilə bağlı nazirliyə edilən müraciətlərlə bağlı açıqlama verib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, doktorantura səviyyəsinə qəbul prosesi "Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları" ilə tənzimlənir. 2019-cu ildə bu qəbul qaydalarında dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən və magistr dissertasiyasını müdafiə edən Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Qəbul qaydalarında edilən dəyişikliyə uyğun olaraq, 2020-ci ildə magistr diplomunda da dəyişiklik edilib və diplomda "doktoranturada təhsilini davam etdirmək" sözündən sonra "magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə" sözləri əlavə edilib. Qanunvericilikdə edilən həmin dəyişikliklər ali təhsilin doktorantura səviyyəsində daha keyfiyyətli, elmi-tədqiqat bacarıqları olan mütəxəssislərin yetişdirilməsi məqsədi daşıdığından MBA proqramını bitirən və yalnız magistr dissertasiyasını müdafiə edən məzunlara doktoranturaya qəbul imtahanlarında iştirak imkanı yaradır.

Təhsil Nazirliyi MBA proqramını bitirən məzunların çoxsaylı müraciətlərini və onların təhsillərini davam etdirmək istəyini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII bəndini nəzərə alaraq bildirir ki, qanunvericilikdə edilən sözügedən dəyişikliyə qədər (2019-cu ilin 13 noyabr tarixi) MBA proqramına qəbul olunmuş şəxslərin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarda iştirak etmələrinə imkan yaradılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.