Cəmiyyət

Kamil şəhid Xudayar haqqında: "Mərmi atıldı, oturduğumuz yerdə başımızı tutduq"

1 Dekabr 2020 11:51
Baxış: 3 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış fitnes ustası Kamil Zeynallı 22 yaşlı şəhid gizir Xudayar Yusifli haqqında xatirələrini izləyiciləri ilə bölüşüb. 

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Kamil Xudayarla döyüşlərdə iştirakını belə xatırlayır: 

"Xudu, Allah sənə rəhmət eləsin. Sabah sənin dünyadan köçməyindən 40 gün keçəcək. Gəlib sənin ocağını, məzarını ziyarət edəcəm. Biz səninlə oturub söhbətlər eləmişdik ki, musiqidə sənə dəstək olacaqdım. Arada snaperlə nə qədər düşmən vurduğunu deyirdin. Yorulanda başqa silah götürürdün.

Söhbət zamanı düşmən tərəfindən mərmi atıldı, oturduğumuz yerdə başımızı tutduq. Mərmi gəlib kənara düşdü. Zarafata dedik ki, həmişə belə səhv atmısınız. Dedik, güldük.... Sənin necə gözəl insan olduğunu necə yazım burada? Necə izah edim bilmirəm. Sən başqa insan idin.

Sabah gəlib səni məzarda görəcəyimə inana bilmirəm.... Xudu sən yaşayırsan, əziz qardaşım...."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.