Cəmiyyət

“Universiteti 2 ilə bitirən də müəllim hesab olunur, 5 ilə bitirən də” - VİDEO - FOTO

1 Dekabr 2020 09:50
Baxış: 1 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pandemiya ilə əlaqədar artıq bir müddətdir ki, təhsil müəssisələrinin, o cümlədən uşaq bağçalarının fəaliyyətinin dayanması uşaq inkişaf və uşaq tədris mərkəzlərinə tələbatı artırıb. 

Milli.Az bildirir ki, ARB TV -nin efirində yayımlanan "Günə doğru" verilişində məsələ ilə bağlı ətraflı süjet yayımlanıb.

Rasif Dünyamalıyev - Ekspert: "Bu gün bazarda hər qiymətə inkişaf mərkəzi var. Bunu bazar özü tənzimləyir, çünki ehtiyac var. 

Kamran Əsədov - Ekspert: "İşə qəbul hər hansı vakansiya vasitəsilə deyil, daxili qaydada olur. Kimlərsə fərdi qaydada bu prosesi həyata keçirirlər. Bir çox hallarda bəziləri "Youtube"dan və yaxud digər informasiya mənbələrindən həmin sahə üzrə müəyyən informasiya əldə edib bu və digər xidmətləri göstərirlər. 

Getdiyimiz özəl uşaq inkişaf mərkəzlərində dolayısı yolla da olsa, deyilənləri təsdiqləyirlər. İşə qəbul zamanı savada deyil, qohum-tanışa üstünlük verilir.

Arzu Cabbarov - Mərkəzin Təsisçisi: "İşçini internet vasitəsi ilə tapırıq. Tanışlıqla gələnlər çoxdur".

Təhsil Nazirliyindən isə bildirildi ki, həmin özəl tədris mərkəzləri biznes subyektləri olduğu üçün onların fəaliyətinə müdaxilə etmək imkanı yoxdur. Belə olan halda, çarə qalır valideynlərə.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.