Cəmiyyət

Bakıda iki nəfər bıçaqlanıb

1 Dekabr 2020 08:43
Baxış: 802
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Səbail və Sabunçu rayonlarında bıçaqlanma hadisələri baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Salyan şosesində 2001-ci il təvəllüdlü Atakişiyev Elvin Elçin oğlu tanışı ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Anoloji hadisə Maştağa qəsəbəsində də baş verib. 1988-ci il təvəllüdlü Sadıqlı Əfqan Əlövsət oğlu küçədə naməlum şəxsin hücumuna məruz qalıb. O bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.