Cəmiyyət

Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər - TƏBİB-dən xəbərdarlıq

29 Noyabr 2020 22:43
Baxış: 7 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yoluxma sayının artmağa doğru davam etməsi sərt tədbirləri qaçınılmaz edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, bir çox ölkələr yoluxma sayının artmasında görə, sərt təbirlərə, məhdiyyətlərə gedirlər:

"Bütün ölkələrin çarpayı sayı, tibbi personalın sayı məhduddir. Vətəndaşlar dərk etməlidir ki, maska qoruyucu vasitədir. Maska taxmaqla təkcə özünü deyil, ailəsini, yaxınlarını da qorumuş olur. Maskadan istifadə və digər karantin qaydalarına əməl etməyin məsuliyyətini hər bir vətəndaş hiss etməlidir".

Onun sözlərinə görə, artıq virusdan təkrar yoluxma halları da təsdiqlənib, buna görə də virusdan sağalan insanlar arxayınlaşmamalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.