Cəmiyyət

MDB məkanında ən yaxşı yollar Azərbaycandadır

27 Noyabr 2020 14:31
Baxış: 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya İqtisadi Forumu ölkələrdə avtomobil yollarının vəziyyəti barədə heasabatını yeniləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hesabata əsasən, Azərbaycan 141 ölkə arasında 24-cü yerdə qərarlaşmaqla MDB ölkələri arasında ən yüksək nəticəni göstərib.

Qeyd edək ki, 2016-cı ildə Azərabycan bu siyahıda 50-ci, 2018-ci ildə 36-cı yerdə qərarlaşmışdı.

2019-cu il üzrə hesabata əsasən, Azərbaycan dəmiryol daşımalarının səmərəliliyi reytinqində 141 ölkə arasında 11-ci, avianəqliyyat xidmətlərinin səmərəliliyi reytinqində 12-ci, dəniz daşıamalarının səmərəliliyi reytinqində 25-ci və yol infrastrukturunun keyfiyyəti reytinqində 27-ci olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.