Cəmiyyət

"Milli Məclisdə bir sıra həmkarlarımız arasında COVID-19-a yoluxanlar var" - Spiker

24 Noyabr 2020 11:16
Baxış: 1 181
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusla mübarizədə hamımız öz dəstəyimizi göstərməliyik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarova bildirib ki, son dövrlər koronavirusla bağlı vəziyyət gərginləşib.

Sədr koronavirusa yoluxan deputatlar haqqında da danışıb: "Milli Məclisdə bir sıra həmkarlarımız arasında COVID-19-a yoluxanlar var. Xahiş edirəm ki, özünüzü qoruyun. Qarşıda bizi çox əhəmiyyətli günlər gözləyir. Tələb edirəm ki, qaydalara riayət edəsiniz. Bu mübarizədə də fəal iştirak etməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.